YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Nikol Paşinyan Dağlıq Qarabağ problemində Ermənistanın xeyrinə heç bir dəyişiklik edə bilməyəcək

«Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa tez-tez səfərləri özünün millətçi olduğunu nümayiş etdirməkdir». Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərməsi də Nikol Paşinyanın millətçilik xəstəliyinə düçar olduğunun nəticələrindən biridir. Onun sözlərinə görə, N.Paşinyanın Dağlıq Qarabağa səfərinin digər məqsədi orduda olan qüsurları kiminsə boynuna qoymaqdır.

«Zabitlərin maaşı azaldılıb, müqaviləli hərbçilərə yemək verilmir, ordunun əvvəlki təchizat problemləri hələ ki həllini tapmayıb. N. Paşinyan kimisə günahkar adlandırmalıdır. Əks-təqdirdə özü günahkar hesab ediləcək. Amma Ermənistanda problem təkcə orduda deyil. Ən azı bütün iqtisadiyyat problemlə üz-üzədir. Bu halda N. Paşinyan sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün nə isə daha ciddi işlə məşğul olduğunu erməni xalqına nümayiş etdirməlidir. Bu Dağlıq Qarabağ problemidir”. Amma N.Paşinyan Dağlıq Qarabağ problemində Ermənistanın xeyrinə heç bir dəyişiklik edə bilməyəcək. Əksinə, Dağlıq Qarabağ probleminin həllini yubatması Ermənistanın əvvəlki rəhbərlərinə nisbətən onun dövründə daha çox zərərli olacaq»-deyə, politoloq qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv