Xəbərlər
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Hər il olduğu kimi, bu il də sentyabrın 18-dən 26-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festivalda Türkiyə, Rusiya, ABŞ, İtaliya və Slovakiyadan olan tanınmış musiqi kollektivlərinin iştirakı ilə 30-dək tədbirin keçirilməsi nəzərdə tutulub.