YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda III Avrasiya konfransı keçiriləcək

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə oktyabrın 18-20-də Bakıda “Xəzər regionunda və Mərkəzi Asiyada enerji sektorunda qlobal hadisələrin nəticələri” mövzusunda III Avrasiya konfransı keçiriləcək.

Konfransda Xəzər regionunda ucuz enerji qiymətləri fonunda alternativ və bərpaolunan enerji layihələrinin inkişafı perspektivləri, davamlı inkişaf üçün enerji siyasəti, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpaolunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Konfransda SOCAR, Energetika və İqtisadiyyat nazirliklərinin, “BP Azerbaijan”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, "Cənub Qaz Dəhlizi" QSC, “SOCAR Polymer” və digər beynəlxalq təşkilatların rəhbər nümayəndələri iştirak edəcək.