YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Azərbaycan-Avropa İttifaqı münasibətləri hər iki tərəf üçün çox böyük əhəmiyyət kəsb edir

«Cənubi Qafqaz və Avropa İttifaqı arasındakı münasibətlərdə Azərbaycan kifayət qədər böyük rol oynayır». Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, həm iqtisadi, həm də siyasi cəhətdən Avropa İttifaqı ilə digər ölkələr arasındakı münasibətlərdə də Azərbaycanın rolu böyükdür. Onun sözlərinə görə, Almaniyanın Federal Kansleri Angela Merkel Azərbaycanın həyata keçirdiyi layihələr və tutduğu mövqe çox maraqlı və qəbulediləndir.

«Bu gün həm infrastruktur layihələrimiz, həm də Rusiya və İranla inteqrasiya məsələləri Azərbaycanı regionda Avropa İttifaqı üçün önə çıxarır. Bu rakursdan baxsaq, Avropa İttifaqının məhz özünün inkişafı üçün Azərbaycana- yeni resurslara və yeni partnyorlara ehtiyacı vardır. Digər tərəfdən, Azərbaycan bir müsəlman ölkəsi kimi açıq, modern, demokratik və Avropa dəyərlərinə üstünlük verən bir dövlətdir. Azərbaycan-Avropa İttifaqı münasibətləri hər iki tərəf üçün çox böyük əhəmiyyət kəsb edir»-deyə, deputat vurğulayıb.