YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Qaçqın və məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetini təşkil edir

«Əhalinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılmasının dövlət siyasətinin prioritetini təşkil edir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini xeyli yüksəldib. Onun sözlərinə görə, bu qəbildən olan insanlar üçün müasir infrastruktura malik mənzillər tikilib, qəsəbələr salınmış, yeni iş yerləri yaradılıb və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunub.

«Bu xeyirxah missiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Mehriban xanımın Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu kateqoriyadan  olan insanlara diqqət və qayğıdan xəbər verir»-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv