YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan ilə Pakistanı dost və qardaş xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri birləşdirir

“Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Pakistanı dost və qardaş xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri  İmran Xana təbrikində yer almışdır.