YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq

Yaxın zamanlarda Azərbaycanda startap layihələrin maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibləri ilə görüşü zamanı deyib. /Trend/

Nazirin sözlərinə görə, bütün səylər ona yönəlib ki, Azərbaycan startapları hər zaman alternativ maliyyə mənbələrinin axtarışında olsun: “Bugünkü günədək Dövlət Fondu tərəfindən keçirilən qrant müsabiqələri çərçivəsində 903 innovativ layihə təqdim olunub. Onlardan 117-nə qrantlar ayrılıb. Reallaşdırılan layihələrdən 20-i kommersiyalaşdırılıb. Hesab edirəm ki, verilən qrantlar startapçıların biznes qurmasında vacib rol oynayır”.

Nazir əlavə edib ki, qrant müsabiqələri yolu ilə Fond tərəfindən seçilmiş 100-dən çox startap layihəsi dövlət tərəfindən maliyyələşdirilib.