YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasındakı siyasi dialoq və əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji və iqtisadi sahədə əlaqələrin inkişafında əldə olunan irəliləyişlər xüsusilə qeyd edilib.

Nazir Elmar Məmmədyarov səfirin ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Səfir Dato Roslan Tan Sri Abdul Rəhman diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Dato Roslan Tan Sri Abdul Rəhmana gələcək fəaliyyətində uğurlar arzu edib.