YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin payızında Azərbaycanda Xarici İşlər nazirliklərinin himayəsi altında Xəzər dənizi üzrə iclas keçiriləcək

Aktauda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikeyə uyğun olaraq, Xarici İşlər nazirliklərinin himayəsi altında bu ilin payızında Azərbaycanda xarici işlər nazirlərinin müavinlərinin və ya səlahiyyətli nümayəndələrinin Xəzər dənizi üzrə iclası keçiriləcək.

Bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.