YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Tacikistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həm dost mövqeyidir, həm də ədalətli mövqedir

Tacikistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həm dost mövqeyidir, həm də ədalətli mövqedir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tacikistan Prezidenti Emoməli Rahmonla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Emoməli Şərifoviç, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasaibətlərində mühüm hadisədir. Biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin, əlbəttə, rəsmi səfər məsələlərin müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir.

İlk növbədə qeyd etmək istərdim ki, biz Prezident Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Tacikistan sosial-iqtisadi inkişaf məsələlərini uğurla həll edir. Ölkənizin beynəlxalq nüfuzu artır. Siz dayanılqlı, sabit inkişafa, mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış edirsiniz. Tacikistanda ictimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Biz Sizin uğurlarınıza sevinirik və əminik ki, Tacikistan bundan sonra da Sizin müdrik rəhbərliyinizlə inkişaf və tərəqqi yolu ilə gedəcək".