Xəbərlər
Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba ölkəsinin milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sinqapur xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.