Xəbərlər
Azərbaycanda qeydiyyatdan keçən vergiödəyicilərinin sayı artıb

Cari ilin iyul ayı ərzində 6 min 738 vergiödəyicisi qeydiyyatdan keçib.
Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən verilən məlumata görə, bunlardan 1110-u hüquqi şəxs, 5 min 628-i isə fiziki şəxsdir.
Ay ərzində qeydiyyata alınmış hüquqi şəxslərin 69,8 faizi, fiziki şəxslərin isə 1,8 faizi elektron qaydada qeydiyyatdan keçib.
Bundan başqa, ötən ay 1354 nəzarət-kassa aparatı qeydiyyata alınıb, 3 min 997 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib. Ay ərzində 1324 təsərrüfat subyekti ləğv edilib.