YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhreyndə "Made in Azerbaijan" brendi altında məhsulların daimi sərgisi açılacaq

Bəhreynin paytaxtı Manamada "Made in Azerbaijan" brendi altında məhsulların daimi sərgisi təşkil ediləcək. Bu barədə Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyasının İdarə Heyətinin sədri Elşən Rəhimov deyib.

E.Rəhimovun sözlərinə görə, bu sərginin təşkil edilməsi Azərbaycana öz məhsullarını yalnız Bəhreyndə deyil, həm də digər ərəb ölkələrində tanıtmağa imkan verəcək.

E.Rəhimov qeyd edib: "Bəhreynə çoxlu sayda ərəb turistlər gəlir, ələxsus Səudiyyə Ərəbistanından. Buna ölkənin digər ərəb ölkələri ilə ərazi yaxınlığı, həm də ölkələr arasında vizasız rejim səbəb olur".

Onun sözlərinə görə, bəhreynli investorlar da öz sərmayələrini Azərbaycana yatırmaqda maraqlıdırlar.

DİGƏR Xəbərlər Arxiv