Xəbərlər
MM-in deputatı: İşğalçı ölkənin yeni hakimiyyəti münaqişənin həlli ilə bağlı danışıqlara hazır görünmür
«Sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüşdən ciddi bir nəticə gözlənilmir». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, işğalçı ölkənin yeni hakimiyyəti münaqişənin həlli ilə bağlı danışıqlara hazır görünmür. Onun sözlərinə görə, hakimiyyətin başı hələ də daxitli problemlərə qarışıb.
«Yeni hakimiyyət ölkənin gələcəyi haqqında dəqiq qərar verə bilmir. Ən azı rəsmilərin açıqlamalarından belə başa düşülür. Hazırda daxili ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Baş nazir münaqişənin həlli ilə bağlı ziddiyyətli bəyanatlar verir. Ona görə də yaxın müddətdə Ermənistan tərəfindən sülh istiqamətində real addımların atılacağı inandırıcı deyil»-deyə, deputat qeyd edib.