YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə təkan verəcək

“Məlum olduğu kimi, Tarif Şurası Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul edib. Mövcud reallıqlara diqqət yetirdikdə qeyd edə bilərik ki, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə təkan verəcək, onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, MDB və region ölkələrində ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərə nəzər saldıqda aydın olur ki, yeni dəyişikliklərdən sonra da Azərbaycanda müvafiq göstəricilər həmin ölkələrlə müqayisədə aşağı olacaq: “Statistik göstəricilərə nəzər yetirdikdə məlum olur ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir”.

Hazırda dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiymətinin ən aşağı səviyyədə olduğunu deyən millət vəkilinin sözlərinə görə, 10 ilə yaxındır ki, ölkəmizdə nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalır: “Lakin bu müddət ərzində nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı tədbirlər həyata keçirilib. Yəni ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən və əsaslı şəkildə qurulub”.

DİGƏR Xəbərlər Arxiv