YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehman İsmayılov: Din tarixən xalqımızın milli birliyinin simvolu olub

«Son vaxtlar sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatının aparıldığını görürük. Müxtəlif statuslarda, rəylərdə və videomüraciətlərdə guya Azərbaycanda dini və milli azlıqların sıxışdırılması, dindarların hüquqlarının pozulması və s. kimi əsassız iddialar irəli sürülür. Dini öz məkrli planlarına alət etmək istəyənlər onu mənəvi, əxlaqi kamilliyə səsləyən yönlərindən “arındıraraq” siyasi müstəviyə çəkmək istəyirlər». Bu fikirləri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

M.İsmayılov bildirib ki, dinlər, o cümlədən İslam dini insanı onun yaradılış qayəsinə uyğun olaraq ucaltmaq istəyir. Onun sözlərinə görə, dinin əsas hədəfi bütün daxili aləmi və davranışları ilə insandır. İnsanın şəxsiyyətini və mənliyini ucaldan, ona yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılayan dini mahiyyətindən uzaqlaşdırmaq onun özünə ən böyük zərbədir.
«Din tarixən xalqımızın milli birliyinin simvolu olub. Xalqımızın əsrlərin süzgəcindən keçərək formalaşan ictimai yaddaşı sahib olduğu dəyərlərin başqa məqsədlərlə istifadəsi önündə ən böyük maneədir. Dünyanın aparıcı sosioloji sorğu mərkəzlərinin araşdırmaları göstərir ki, bir çox ölkələrlə müqayisə edildikdə Azərbaycan cəmiyyəti dini və milli tolerantlıq baxımından onların əksəriyyətindən fərqlənir. Azərbaycan milli və dini tolerantlığa, məzhəblərarası qardaşlığa, dinlərarası dostluğa görə özünə xas yeri olan ölkədir. Bu ənənənin qorunması və inkişaf etdirilməsi son dərəcə vacibdir. Dövlətimizin bu sahədə gördüyü işlər göz qabağındadır. Prezident İlham Əliyevin uzun illər yürütdüyü siyasət milli və dini azlıqların hüquqlarının tam şəkildə qorunmasını, dini və milli tolerantlığın, dini və mənəvi dəyərlərin inkişafını təmin etməkdə davam edir»-deyə, M.İsmayılov vurğulayıb.