YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya prezidenti: İtaliya Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcək

İtaliya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcək.

Trend-in Ermənistan KİV-nə istinadən məlumatına görə, bu barədə İtaliya prezidenti Sercio Mattarella Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib.

S.Mattarella qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi hərbi həll yoluna malik ola bilməz, münaqişə yalnız siyasi yolla həll olunmalıdır.

Prezident vurğulayıb ki, İtaliya ATƏT-ə sədrlik dövründə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətin balanslaşdırılmasına davam edəcək, o cümlədən ATƏT-in Minsk Qrupunda həmsədrlik çərçivəsində münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərəcək.