YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıt Yusupov: Azərbaycanın nümunəvi dünyəvilik modeli bir çox ölkələr üçün örnəkdir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 31-də Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb.

Görüşdə Dövlət Komitəsinin sədri iki ölkə arasında münasibətlərin tarixi köklərə və ortaq dəyərlərə əsaslandığı bildirib. Mübariz Qurbanlı Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən, multikultural mühitdən, digər dinlərin nümayəndələrinə qarşı tolerant münasibətdən, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan, eləcə də mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi məqsədi ilə görülən işlərdən ətraflı söz açıb.
Söhbət zamanı günümüzdə dindən sui-istifadə hallarının artdığını deyən Dövlət Komitəsinin sədri radikal ünsürlərə qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.
Bakıt Yusupov Azərbaycanın nümunəvi dünyəvilik modelinin bir çox ölkələr üçün örnək olduğunu bildirib. Ölkəsinin bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edən diplomat ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda iki ölkənin səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürü bildirən qonaq Dövlət Komitəsinin rəhbərliyini 15-16 noyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək “Müasir və dünyəvi ölkədə İslam“ adlı beynəlxalq konfransa dəvət edib.