YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Vyetnamın Hərbi Dəniz qüvvələrinin nümayəndə heyətlərinin görüşü keçirilib

İyulun 31-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Fam Haoi Namın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyini bildirərək bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulayıblar.

Vitse-admiral F.Nam hərbi əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. O vurğulayıb ki, belə səfərlər qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək.