YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması məqsədilə iqtisadi islahatlar uğurla davam edir

«Hazırda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması məqsədilə iqtisadi islahatlar uğurla davam edir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Qida Təhlükəsizliyi, Kiçik və Orta Sahibkarlığın İnkişafı, Turizm, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət agentlikləri, İpoteka və Kredit Zəmanət Fondunun  yaradılması islahatların tərkib hissəsidir. Onun sözlərinə görə, qarşıda duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, bu sahədə ixracın artırılması və ixracın diversifikasiyasıdır.

«Bu məqsədlə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi, tranzit imkanlarından səmərəli istifadəyə dair müxtəlif tədbirlər həyata keçirilir. Həmçinin, yoxlamaların dayandırılması 2021-ci ilə kimi uzadılıb, "Lisenziyalar və icazələr" portalı istifadəyə verilib. Hazırda qanunvericilik təkmilləşdirilir, inzibati proseduralar sadələşdirilir, elektron xidmətlərin tətbiq dairəsi genişləndirilir, vergi və gömrük sahəsində islahatlar aparılır»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv