YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Paşinyanın fikirləri erməni xislətini açıq şəkildə göstərir

«Ermənistanın baş naziri Nikol Paşinyanın "Exo Moskvı" radiosuna müsahibəsində səsləndirdiyi fikirləri ciddiyə almaq lazım deyil». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Paşinyan ciddi siysətçi deyil və siysətə küçədən gəlib. Onun sözlərinə görə, ermənilərin yeni baş naziri hakimiyyətə gəldiyi müddətdə dəfələrlə birbirinə zidd bəyanatlar səsləndirib.

«Paşinyanın azərbaycanlıların Ermənistanda heç bir zorakılığa məruz qalmadığını iddia etməsi növbəti sarsaqlıqdır. Axı onlarla qətlə yetirilmiş, yaralanmış, şikəst edilmiş azərbaycanlı vardı. 250 min insan öz tarixi torpaqlarından - indiki Ermənistan ərazisindən qovuldu. Bir sözlə, bu o qədər sərsəm iddiadır ki, şərh etməyə dəyməz. Bütün bunların hamısı erməni xislətini açıq şəkildə göstərir»-deyə, deputat qeyd edib.