YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanla Türkiyənin birgə layihələri ölkələrimizin beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini gücləndirir

«Azərbaycanla Türkiyə qardaş ölkələrdir. Türkiyənin xarici işlər nazirinin ölkəmizə səfəri də bu qardaşlığın ifadəsidir». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, hər iki ölkədə seçkilərdən sonra qarşılıqlı olaraq ilk rəsmi səfərlər gerçəkləşir. Bu, artıq ənənə halını alıb.

«Azərbaycanla Türkiyə arasında münasibətlər Ulu öndər Heydər Əliyevin söylədiyi «Bir millət, iki dövlət» prinsipinə əsaslanır. Bu amil ölkələrimiz arasında sıx dostluq və strateji müttəfiqlik münasibətlərinin formalaşdığını bir daha təsdiqləyir. Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bu qədər yaxın olan ikinci ölkələr yoxdur. Bu gün ölkələrimiz birgə transmilli layihələr həyata keçirməklə bütövlükdə regionda siyasətin formalaşmasında başlıca rol oynayırlar. Azərbaycanla Türkiyənin birgə layihələri ölkələrimizin beynəlxalq müstəvidə də rolunu və əhəmiyyətini gücləndirir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da bugünlərdə ölkəmizə etdiyi səfər qardaşlığımızın nümunəsidir»-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv