YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaxarova: "Jara-2018" qarşılıqlı mədəni əlaqələrin ən gözəl nümunəsidir

Bakıda keçirilən "Jara-2018" Beynəlxalq Musiqi Festivalı qarşılıqlı mədəni əlaqələrin ən gözəl nümunəsidir.

Bunu Bakıda səfərdə olan Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.

Rusiya XİN rəsmisi bildirib: "Bu festivalda ilk dəfə tamaşaçı oluram. Dünən festivalın səhnəsində gördüklərim məni heyran etdi - müxtəlif ölkələrdən, müxtəlif mədəniyyətləri təmsil edən 70-dən çox sənətçinin ifası. Bunlar hamısı çox qiymətlidir. Bu, bu gün bizim danışdığımız humanitar əməkdaşlığın, insanlar arasında dialoqun, qarşılıqlı mədəni əlaqələrin ən gözəl nümunəsidir".

Daha sonra M.Zaxarova bildirib: "Bu festivala uzun illər fəaliyyət göstərməsini, uğurlar və yeni zirvələr arzu edirəm".

Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

Bu gün festival çərçivəsində Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. Habelə EMIN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları tamaşaçılara xoş anlar yaşadacaqlar.

İyulun 28-də “Leninqrad” qrupu konsert proqramı təqdim edəcək. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcək.

İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Habelə A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VİA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.