YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rusiya informasiya siyasəti məsələləri üzrə beynəlxalq səviyyədə sıx əməkdaşlıq etmək niyyətindədir

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında fəaliyyət planı var və həmin plana əsasən nazirliklər intensiv məsləhətləşmələr aparırlar.

Bu fikri Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya Xarici İşlər Nazirliyi ilə informasiya təminatı mövzusunda keçirilən məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında deyib. Mətbuat xidmətinin rəhbəri informasiya sahəsində aparılan məsləhətləşmələrin konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçdiyini söyləyib. “Media ilə iş, sosial şəbəkələr, rəqəmsal diplomatiya sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. Belə konstruktiv səviyyədə əməkdaşlığımızı davam etdirmək üçün hər cür səy göstərəcəyimizlə bağlı razılığa gəldik”, - deyə o əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova isə deyib ki, məsləhətləşmələrdə Rusiya jurnalistlərinin Azərbaycanda və Azərbaycan KİV nümayəndələrinin Rusiyada fəaliyyətlərinin asanlaşdırılmasına dair fikir mübadiləsi aparıldı. Azərbaycan və Rusiya informasiya siyasəti məsələləri üzrə beynəlxalq səviyyədə sıx əməkdaşlıq etmək niyyətindədir. Məsləhətləşmələrin intensivləşdirilməsinə dair qərar qəbul olundu.

Mariya Zaxarova deyib ki, bu gün dünya daha çox saxta xəbərlər və söz azadlığına məhdudiyyətlərlə üzləşir. Buna baxmayaraq, biz ölkələrimizdəki jurnalistlərin rahat şəraitdə işlədiklərinin şahidi oluruq. Bəzən xarici KİV-lərdə anti-Azərbaycan kampaniyası aparılır. Azərbaycanın və Rusiyanın iştirak etdiyi beynəlxalq təşkilatlarda mənfi və destruktiv tendensiyaya qarşı mübarizə aparmaq üçün vasitələr mövcuddur.