YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2018”in fəxri qonaqları arasında olub

İyulun 26-da Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalının iştirakçıları qırmızı xalı üzərindən keçiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2018”in fəxri qonaqları arasında olub.

Qırmızı xalıdan Qlyuk’oza, Qriqori Leps və Cosmos girlrs, Artik & Asti, Soqdiana, Ani Lorak, Sergey Lazarev, Qradusı qrupu, Emin Ağalarov, Sergey Kojevnikov, Lyubov Uspenskaya və başqaları keçiblər.

Qlyuk’oza bütün il ərzində bu festivalı gözlədiyini söyləyib.

Ani Lorak Azərbaycan xalqının qonaqpərvər olduğunu və bu tədbirdə məmnuniyyətlə oxuyacağını bildirib.

Sergey Lazarev festivalın adının Bakının iqliminə uyğun olduğunu qeyd edib.

Azərbaycanın Xalq Artisti Emin Ağalarov deyib: “Biz düz bir ildir bu festivala hazırlaşırdıq. Bu gün bu səhnədə müxtəlif ölkələrdən, o cümlədən Amerika, Almaniya, Rusiya, Ukrayna və əlbəttə, Azərbaycandan 75 tanınmış sənət adamı çıxış edəcək. Ümidvaram ki, bu, yayın ən möhtəşəm hadisəsi olacaq. Düşünürəm ki, festivalın əla keçməsi üçün əlimizdən gələni etmişik. Bundan sonra hər şey sizin enerjinizdən asılıdır. Ona görə də sizin hamınıza “Jara” arzu edirəm”.

Qırmızı xalıdan keçən Leyla Əliyevanı aparıcı “Jara” festivalının muzası kimi təqdim edib. Aparıcının festivalın bu adını daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib və hamıya gözəl axşam arzulayıb.

“Jara-2018”in qırmızı xalı üzərindən keçən digər iştirakçıları festivalın yüksək səviyyədə təşkilindən, Bakıda olmaqdan məmnunluqlarını ifadə ediblər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.