YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib

İyulun 25-də Qazax rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası  Qazax rayon təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları Qazaxdakı Şəhidlər xiyabanına gələrək torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin məzarını ziyarət ediblər.

Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə  YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov  rayon təşkilatının 25 illik fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, bu gün təşkilat sıralarını genişləndirməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.

Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatının Şura üzvü Abbas Göyüşov, YAP Qazax rayon təşkilatının sədr müavini Səfurə Vəliyeva, təşkilatın Qadınlar Şurasının sədri Yeganə Göyüşlü və digərləri çıxış edərək YAP Qazax rayon təşkilatının ötən 25 il ərzindəki fəaliyyəti haqqında fikirlərini bildiriblər.

Sonra YAP Qazax rayon təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə bir qrup şəxs fəxri fərmanla təltif olunublar.

Həmçinin, tədbirdə YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir konsert proqramı ilə öz işini yekunlaşdırıb.