YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Türkiyə xarici işlər nazirinin ölkəmizə səfəri iki dövlət arasında yüksək münasibətlərin göstəricisidir

«Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəmizə səfəri iki dövlət arasında yüksək münasibətlərin göstəricisidir». Bu fikri  Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri daim yüksələn xətlə inkişaf edir. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər Ulu öndər Heydər Əliyevin «bir millət-iki dövlət» fəlsəfəsinə əsaslanır.

«Hər iki dövləti eyni köklər, ortaq milli-mənəvi dəyərlər, dil-din birliyi birləşdirir. Hazırda da xalqlarımız arasında çox yüksək əlaqələr mövcuddur. Bizim münasibətlərimiz digər ölkələr üçün nümunə olacaq səviyyədədir. Təbii ki, əlaqələrimizin davamlı olaraq güclənməsində hər iki dövlətin prezidentlərinin də dostluq münasibətlərinin xüsusi rolu var. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman münasibətlərimizin daha da güclənməsi, beynəlxalq müstəvidə ölkələrimizin mövqelərinin möhkəmləndirilməsi istiqamətində qətiyyət nümayiş etdirirlər»- deyə, N.Cəfərov vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv