YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin Fransaya səfəri ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır

«Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr tərəflər arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına səfəri xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri ikitərəfli iqtisadi, siyasi və humanitar əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlişi üçün mühüm əhəmiyyətə malikdir. 

«Təqdirəlayiq haldır ki, Fransanın siyasi rəhbərliyi, biznes dairələri Azərbaycan Prezidentinin Fransaya səfərinə mühüm əhəmiyyət verib. Prezident İlham Əliyevin Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşləri bu ölkənin biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsidir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər münasibətlərin inkişafının məmnunluq doğurduğunu deməyə əsas verir. Səfər zamanı Azərbaycan Prezidenti Fransa Prezidenti Emmanuel Makron, Fransa senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafına xidmət edən vacib məsələlər müzakirə olunub.  Hesab edirəm ki, dövlət başçısının Fransaya  səfəri ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır»- deyə, S.Fətəliyeva vurğulayıb.