YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İsrail Bizim Evimizdir” Partiyasının gənclər təşkilatının nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

YAP Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan “İsrail Bizim Evimizdir” Partiyasının gənclər təşkilatından ibarət nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin məzarlarını ziyarət ediblər.