YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: David Tonoyanın bəyanatı Ermənistan əhalisini ruhlandırmağa xidmət edir

Ermənistan ordusundakı son korrupsiya qalmaqalı fonunda müdafiə naziri David Tonoyanın guya 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş silahların Rusiya tərəfindən Ermənistana tam tədarükünün başa çatdırılması barədə bəyanatı bu ölkə əhalisinin süni şəkildə ruhlandırılması cəhdindən başqa bir şey deyil.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin açıqlamasında qeyd olunub ki, bir müddət əvvəl Ermənistan tərəfi 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş Rusiya istehsalı olan silahların Ermənistana tədarükündə ciddi problemlərin olduğunu bildirib. Lakin, qısa müddət keçdikdən sonra Ermənistanın müdafiə naziri David Tonoyan əvvəl deyilənlərə zidd olaraq vicdan əzabı çəkmədən həyasızcasına bütün aləmə car çəkir ki, guya Rusiya Ermənistana silah tədarükünü tam başa çatdırıb. Ermənistana çatdırılan müasir, modernizə edilmiş silahlar arasında Rusiya ordusunun belə silahlanmasına verilməyən silahların olması barədə Tonoyanın dediklərinə gəldikdə, bu, öz xalqını aldatmaqdan başqa bir şey deyil. Ermənistan tərəfinin mütəmadi olaraq bu cür məlumatlar yayması ordudakı son korrupsiya qalmaqalı fonunda ölkə əhalisinin süni şəkildə ruhlandırılması məqsədilə daxili auditoriyaya hesablanıb.

“Müdafiə naziri kimi, D.Tonoyan bilməli idi ki, Rusiya öz Silahlı Qüvvələrini hər hansı silah növü ilə tam təmin etmədən həmin silahı xarici ölkələrə tədarük etmir. Şübhəsiz ki, Ermənistanın müdafiə nazirinin fəxrlə bəhs etdiyi silahlar doğrudan da Rusiya ordusunun silahlanmasında yoxdur. Səbəb isə sadədir: həmin silahlar artıq köhnəlib və istifadəyə yararsızdır”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.