YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əlaqələrin inkişafına impuls verəcək

«Azərbaycan dövlətinin xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarlar öndə dayanır. Bu amillər isə regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə böyük töhfədir. Azərbaycan Prezidenti İlham Əliyevin bugünlərdə Fransaya səfəri də məhz bu baxımdan böyük əhəmiyyət daşıyır». Bu fikirləri Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, ölkəmizlə Fransa arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Onun sözlərinə görə, dövlətimizin  xarici siyasətində Fransa ilə qarşılıqlı-faydalı əməkdaşlıq xüsusi yer tutur.

«Ümumiyyətlə, Azərbaycan-Fransa münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri mühüm önəm kəsb edir. Səfər zamanı dövlət başçıları arasında keçirilən görüş və aparılan müzakirələr Azərbaycanla Fransa arasında əlaqələrin inkişafı baxımından xüsusi qeyd olunmalıdır. Eləcə də, Prezident İlham Əliyevin səfər zamanı keçirdiyi digər görüşlər və imzalanan sənədlər hər iki ölkənin   gələcəkdə münasibətlərinin daha da genişlənməsinə xidmət edir. hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişafına impuls verəcək»-deyə, S.Qafarova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv