YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Səfərli: Dövlət mətbuata hərtərəfli diqqət göstərir

«“Əkinçi” qəzeti milli mətbuat tariximizdə mühüm  rol oynayır. Həsən bəy Zərdabinin ideyaları bu gün də yaşayır». Bu fikirləri Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

V.Səfərli bildirib ki, 143 il əvvəl görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabi Azərbaycanda ilk milli mətbuat nümunəsi yaradanda bu qədər davamçısı olacağını bilsəydi qürur hissi keçirərdi.

«Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mənəvi dəyərlərimizə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Milli mətbuatımız inkişafının yeni mərhələsinə qədəm qoydu. Bütün ömrünü insanların maarifləndirilməsinə həsr edən Həsən bəy Zərdabi Azərbaycanda söz, mətbuat azadlığının olmasını arzulayırdı. Bu gün müstəqil mətbuatımız var və beş mindən çox KİV qeydiyyatdan keçib. Böyük mütəfəkkirin bu arzusu artıq Azərbaycanda reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük işlər görülüb, dövlət mətbuata hərtərəfli diqqət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır»-deyə, V.Səfərli vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv