YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhədə düşmənin bir neçə istiqamətdə atəş cəhdləri susdurulub

Ermənistan silahlı birləşmələri cəbhədə mövqələrimizi bir neçə istiqamətdə atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

DİGƏR Xəbərlər Arxiv