YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azad Mirzəcanzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev iyulun 6-da Azərbaycanın görkəmli alimi, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Mirzəcanzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, AMEA Təhsil Nazirliyi ilə birgə akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.