YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Leyla Əliyeva: Tolerantlıq bizim həyat tərzimizdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva  Moskvada  “RAGB: dialoq və fəaliyyət” mövzusunda keçirilən V konfransında çıxışı zamanı qeyd etmişdir ki, Rusiya ilə Azərbaycanı tarixən bir-birinə bağlayan amillər çoxdur. Leyla Əliyeva  demişdir: “Bizim ümumi tariximiz, müştərək mədəniyyətimiz, ortaq bayramlarımız və ən başlıcası – səmimi insani münasibətlərimiz var. Mənim fikrimcə, səmimi, təmiz insani münasibətlər ən başlıca məsələdir. Azərbaycanda müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub insanlar həmişə sülh və həmrəylik şəraitində yaşayıblar. Tolerantlıq bizim üçün nailiyyət deyil, həyat tərzimiz, həyat normamızdır. Çoxları bilmir ki, hələ 1918-ci ildə Azərbaycanda qadınlar səsvermə hüququ qazanmışlar. Müsəlman Şərqində ilk opera və balet Azərbaycanda yaradılmış, müsəlman qızlar üçün ilk məktəb Azərbaycanda açılmışdır. Azərbaycanda rus ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə həmişə böyük məhəbbət bəslənib. Bu gün ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Ölkəmizdə 16 mindən çox adam rus dilində ali təhsil alır. Cənubi Qafqazda ən böyük rus diasporu bizdədir”.

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından cəmi 23 il keçməsinə baxmayaraq, bu gün Azərbaycan güclü, suveren və müstəqil dövlətdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Son illərdə ölkə iqtisadiyyatının həcmi bir neçə dəfə artıb. Hazırda Azərbaycan postsovet ölkələri arasında bu göstərici üzrə birinci yeri tutur.