Xəbərlər
Pakistan Azərbaycana 4.2 milyon dollar həcmində sərmayə yatırıb

Pakistan Azərbaycana 4.2 milyon dollar həcmində sərmayə yatırıb.
Bu barədə iyulun 4-də İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan–Pakistan biznes forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan Pakistan şirkətləri üçün daha böyük imkanlar yaradacaq, qarşılıqlı sərmayələrə daha çox diqqət yetirməlidir.