YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə nazirliyin rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli liderimiz Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, əbədiyaşar liderin xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Təlimlərə cəlb edilmiş zabit heyəti ilə keçirilən xidməti müşavirədə birləşmə və hərbi hissələrin komandir, rəis heyətlərinin planları, fəaliyyətləri, qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.

Müşavirədə çıxış edən müdafiə naziri hazırkı dövrdə belə təlimlərin əhəmiyyətini xüsusi vurğulayaraq, qarşıda duran vəzifələrdən danışıb, müvafiq tapşırıq və göstərişlər verib.