YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elhadc As Si: Azərbaycan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının fəal tərəfdaşıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadc As Si ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan və Federasiya arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib.

Elhadc As Si Azərbaycanı təmsil etdiyi qurumun fəal tərəfdaşı adlandırıb, ölkəmizdə humanitar sahədə görülən işlərdən və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib.

Görüşdə, həmçinin milli cəmiyyətlərin fəaliyyətinin artırılması, milli və regional səviyyələrdə həyata keçirilən layihələr, humanitar fəaliyyətin dəstəklənməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) müxtəlif ölkələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım sahəsində gördüyü işlər barədə məlumat verib.

Baş katib Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tərkibində yaradılmış, beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirən AIDA haqqında məlumatlı olduğunu və sözügedən qurumun fəaliyyəti və layihələri ilə yaxından tanış olmaq istədiyini bildirib.

Nazir həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4 min nəfərdən çox azərbaycanlının itkin düşmüş hesab olunduğu barədə məlumat verib. O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinin vacibliyini diqqətə çatdırıb.