YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Regionların inkişafı davamlı xarakter daşıyır

«Azərbaycanın regionlarının inkişafı gözümüzün önündədir. Hər bir bölgədə  böyük layihələr icra olunur, inkişaf tədbirləri həyata keçirilir». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, regionların inkişafı davamlı xarakter daşıyır. Onun sözlərinə görə,  son illər Azərbaycanın regionlarında ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası, yeni aqro parkların yaradılması, sənaye məhəllələrin inşa edilməsi Azərbaycanın regionlarının simasını dəyişib”.

«Görülən işlər regionların simasını əhəmiyyətli dərəcədə dəyişdirib. Bütün bunlar ümumiyyətlə, Azərbaycanın dəyişilməsinə gətirib çıxarıb. Xaricdən bizə baxışda da bunu daha yaxşı görmək mümkündür. Dünya İqtisadi Forumunun “İnklüziv artım və inkişaf – 2017” adlanan hesabatda Azərbaycan üçüncü yerə layiq görülüb. İnkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə layiq görülmək böyük göstəricidir. Bu gün Azərbaycan MDB məkanında ən yaxşı yol infrastrukturu olan ölkədir. Bütün bunlar bütövlükdə mərkəzlə regionlar arasında fərqin aradan götürüldüyünü göstərir»-deyə, deputat qeyd edib.