YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə seminar keçirilir

İyulun 2-də Bakıda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə seminar işə başlayıb.

Tədbiri açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı öhdəlikləri layiqincə yerinə yetirir. Bununla əlaqədar ölkəmizdə Əlaqələndirmə Şurası yaradılıb və bu Şura müvafiq hökumət qurumlarının səylərini əlaqələndirir. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirmə işləri aparılıb. Azərbaycan ictimaiyyəti artıq Dayanıqlı İnkişaf Məqsədlərinə dair hədəflər barədə məlumatlıdır. Qısa müddət ərzində ölkəmizdə bu istiqamətdə 8 dövlət proqramı, 31 strategiya, 25-dən çox normativ hüquqi akt araşdırılıb və prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görülüb. Azərbaycan prioritet olaraq 17 məqsədi, 107 hədəfi və 150 göstəricini özü üçün seçib. Hökumətimizin apardığı fəaliyyət nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq və Azərbaycan BMT-nin bu qlobal layihəsinin həyata keçirilməsinə öz töhfəsini verəcək. İnanıram ki, 2030-cu ildə dünya daha ədalətli, insanların hazırda qarşılaşdıqları problemlərin həllini tapacağı bir dünya olacaq.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai seminarın təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan regionda BMT-nin MAPS Missiyasını (Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək) qəbul edən ilk dövlətdir. 2030-cu ilə qədər olan gündəlik BMT-yə daxil olan dövlətlər tərəfindən qəbul edilib. Gündəliyə daxil prioritetlər planetimizdə sülh və tərəfdaşlığın inkişafına öz töhfəsini verəcək. Bu işdə də hökumətlər və vətəndaş cəmiyyətləri birgə işləməlidirlər.

Tədbir plenar iclaslarla davam edir.