YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycandakı QHT-lər xaricdən alınan qrantların hesabatını verməlidir

“Freedom House” qeyri-hökumət təşkilatı Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Təşkilat növbəti dəfə ölkəmiz haqqında qərəzli hesabat yayıb. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında çıxış edərkən deyib.

S.Novruzov bildirib ki, bir ölkədə fəaliyyət göstərən QHT ayrı-ayrı ölkələr haqqında hesabatlar yayır, tələb və şərtlər irəli sürür. Onun sözlərinə görə, həmin hesabatlar isə ölkəmizdəki bəzi «hüquq müdafiəçiləri» tərfindən verilən dezinformasiyalar əsasında hazırlanır.

«Həmin təşkilata kim mandat verib ki, bu cür hesabatlar hazırlasın və şərtlər irəli sürsün? Biz parlamentdə  AŞPA sədri ilə görüş zamanı ondan soruşduq ki, niyə Rusiyanı səsvermə mandatından məhrum edirsiniz, amma işğalçı Ermənistanı yox. Belə cavab verdilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə 1992-ci il idi. Azərbaycan isə 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bunların məntiqinə baxın. Onlarla bundan sonra nəyi müzakirə edək? Bəzi xarici təşkilatlar Azərbaycanda həbs olunan QHT rəhbərlərinin azad olunmasını tələb edirlər. Onlar girov deyil ki, qeyd-şərtsiz onları azad edək. İstintaq davam edir və bu hüquqi qaydada həll olunmalıdır. Amma xarici qüvvələr isintaqa təsir göstərməyə çalışırlar. Azərbaycandakı QHT-lər xaricdən alınan qrantların hesabatını verməlidir. Ona görə də, QHT-lər haqqında qanuna yenidən baxmalıyıq. Xaricdən alınan qrantların böyük əksəriyyəti dolayı yolla partiyalara və mətbuat orqanlarına ötürülür. Harda görünüb ki, QHT sədri partiya rəhbərinin müavinidir və ya  funksioneridir. Bu, xaricdən pul almaq vəsaitdir. Belə maliyyələr isə pozuculuq məqsədin əyönəldilir. Ona görə də, qanunla belə halların qarşısını almalıyıq»- deyə, YAP İcra katibinin müavini vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv