YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarını təltif edib

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, bir nəfərə general-leytenant ali hərbi rütbəsi, bir nəfərə polis general-mayoru ali xüsusi rütbəsi, bir nəfərə “Əməkdar həkim” fəxri adı verilib. Bundan başqa, iki nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, dörd nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 30 nəfər “Vətən uğrunda” medalı, 11 nəfər isə “İgidliyə görə” medalı ilə təltif olunub.