YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: Ölkəmizin valyuta ehtiyatları artaraq xarici borcu bir neçə dəfə üstələyib

“Neftin qiymətində baş verən dəyişiklər büdcəyə təsir edən amildir. Bir neçə il bundan önvə dünya bazarında baş verən maliyyə iqtsadi böhran və neftin qiymətinin aşağı düşməsi nəticəsində həmin dövrdə dövlətin büdcəyə yenidən baxmağa sövq edib. Lakin cari ilin ötən dövründə həm dünya, həm də ölkəmizin iqtisadiyyatında müsbət təsirlər qeydə alınıb". Bu fikirləri  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

V.Gülməmmədov  bildirib ki, neftin qiymətinin artması nəticəsində büdcədə neftin qiymətində dəyişikliklərə zərurət yaranıb: "Neftin bahalaşması, dövlət maliyyə sistemində aparılan islahatlar nəticəsində ölkəmizdə 1.2 faiz artıq ÜDM istehsal edilib. Neft sektorunda 28.1 faiz, qeyri neft -sektorunda 5.7 faiz artım qeydə alınıb. Ölkəmizin valyuta ehtiyatları artaraq xarici borcu bir neçə dəfə üstələyib. Sosial məsələlərin həllində addımlar artıb. Bir sıra sosial layihələrin maliyyə hesabında artım qeydə alınıb".