YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə BTQ vasitəsilə bu günə qədər 50 min ton yük ixrac edib

Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə bu günə qədər 50 min ton yük ixrac edib.

Bu barədə Türkiyə Cümhuriyyəti Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Qazaxıstan, Türkmənistan, Özbəkistan və Çindən Türkiyənin bir sıra şəhərlərinə əlaqə yaradılıb. BTQ istifadəyə verildikdən (2017-ci il oktyabrın 30-u) bu günə qədər Türkiyədən bu dəmir yolu xətti ilə 50 min ton yük ixrac edilib.