YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Bəzi QHT-lərin mentaliteti dəyişmək istiqamətində xüsusi maraqları olur

Bu gün qeyri-hökumət təşkilatları o dərəcədə fəaldır ki, bəzən onlara həddindən çox inanırıq. Bu, yaxşıdır. Ancaq bəzi məqamlarla, xüsusilə də inam və məsuliyyət məsələsi ilə bağlı daha diqqətli olmalıyıq.

Bu fikri AŞPA-nın yay sessiyası çərçivəsində lüksemburqlu deputat İv Kruştenin “Avropa Şurasına üzv dövlətlərdə QHT-lərin fəaliyyətində yeni məhdudiyyətlər” adlı hesabatının müzakirələrində qurumun vitse-prezidenti və Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov deyib ki, QHT-lər insanların onlara inamını və özlərinin insanlar qarşısındakı məsuliyyətini nəzərə almalıdırlar. Xarici maliyyələşməyə xüsusi diqqət yetirilməlidir. Bəzən belə maliyyələşmələrin cəmiyyətin mentaliteti istiqamətində xüsusi maraqları olur. Yəni, bəzi QHT-lər, xüsusilə də xaricdən maliyyələşənlər cəmiyyətdəki mentaliteti dəyişmək istəyirlər. Belə halların Azərbaycanda, Macarıstanda və digər ölkələrdə şahidi olmuşuq. Xaricdən maliyyələşən QHT-lər xalqın ənənələri, mentaliteti ilə bağlı problemlər yaradıblar. Buna görə QHT-lər məsuliyyəti dərk etməlidirlər. Belə halları gördükdə onlara inam itir.

Avropa Şurası QHT-lər və dövlətlər arasında əlaqə yaratmaq, ölkə daxilində QHT-lərin rolunu təyin etmək haqqında düşünməlidir. Məhz belə halların nəticəsində Avropada, o cümlədən Birləşmiş Krallıq, Avstriya, Almaniya kimi demokratik ölkələrdə ciddi problemlər yaranır. Avropa Şurası QHT və dövlət nümayəndələrini bir araya gətirərək müzakirələr təşkil etməlidir.