YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

Dövlətimizin başçısının Sərəncamına əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Həmçinin altı nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 15 nəfər (bir nəfər ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Bundan başqa, 28 nəfər “İgidliyə görə”, 29 nəfər isə “Hərbi xidmətlərə görə” medalına layiq görülüblər.

Dövlətimizin başçısının imzaladığı digər Sərəncamla bir nəfərə “general-leytenant”, yeddi nəfərə isə “general-mayor” ali hərbi rütbələri verilib.