YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib

Sentyabrın 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi, İran Prezidenti Həsən Ruhanini, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra IV Xəzər Sammitində iştirak edən dövlət başçılarının məhdud tərkibdə görüşü oldu.

Geniş tərkibdə davam etdirilən görüşdə Sammitə ev sahibliyi edən Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN çıxış edərək bildirdi ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti Sammiti ənənəvi olaraq etimad, qarşılıqlı anlaşma və işgüzar şəraitdə, konkret nəticələr əldə etmək niyyəti ilə keçirilir. Ən başlıcası odur ki, dövlət başçıları tərəfindən ilk dəfə beştərəfli əməkdaşlığın əsas prinsiplərini müəyyən edən siyasi Bəyanat razılaşdırılıb.

Rusiya Prezidenti Xəzəryanı ölkələrin energetika, dəniz nəqliyyatı, balıqçılıq, ekologiya, Xəzərin bioloji müxtəlifliyinin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışdı.

Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.