YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov Fransanın dövlət katibi ilə ölkələrimiz arasında iqtisadi məsələləri müzakirə edib

Parisdə səfərdə olan Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi məsələlər müzakirə edilib.

Fransanın böyük şirkətlərinin Azərbaycanın təşəbbüskarı və ya iştirakçısı olduğu nəqliyyat, kommunikasiya, enerji layihələri ilə yanaşı, bir çox digər sahələrdə də uğurla fəaliyyət göstərdiyi vurğulanıb.

S.Şərifov Fransada özünü siyasi qaçqın kimi təqdim edərək, oturum hüququ almaq istəyən bəzi şəxslərin Azərbaycan hökumətinə qarşı böhtan və təhqir xarakterli çıxışlarının təəssüf doğurduğunu bildirib.