YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamenti: TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün əlavə elementdir

Transanadolu qaz kəməri (TANAP) Türkiyənin və Avropanın enerji təhlükəsizliyi üçün möhkəm əlavə elementdir.

Bunu Ankarada mətbuat konfransı zamanı ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk deyib. /Trend/

S.Oudkirk qeyd edib ki, ABŞ-ın TANAP-a birbaşa investisiyası olmasa da, ölkə hökuməti bu layihəni dəstəkləyir: “TANAP-ın işə salınması dünyanın müxtəlif hissələrində baş verən mənfi hadisələr fonunda həqiqətən də yaxşı xəbərdir. ABŞ-ın və onun müttəfiqlərinin enerji təhlükəsizliyi bizim üçün böyük əhəmiyyət kəsb edir”.