YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdar Elm Xadimi, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin təqdimatı olmuşdur

Aprelin 30-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin (5 cilddə) təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Mili Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri və KİV təmsilçiləri iştirak etmişlər.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin ömür yolundan və bənzərsiz yaradıcılıq axtarışlarından geniş söhbət açmışdır.

Bildirilmişdir ki, XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınmışdır. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirmişdir. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı ilə bağlıdır. O, ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri olmuşdur. Əlli illik yaradıcılıq fəaliyyətində o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur.